Köməksiz vəziyyətdə qalmış uşaq xilas edildi

19 Dekabr 2013 21:12 (UTC+04:00)
AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 8-ci mərtəbədəki mənzilin eyvanından xüsusi alət və avadanlıqlar vasitəsilə 6-cı mərtəbədə yerləşən mənzilinə eyvandan enərək daxil olublar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər.


AzNews.az