Prezident DSMF - nin 2014-cü il büdcəsini təsdiq edib

19 Dekabr 2013 21:54 (UTC+04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.

APA-nın verdiyi xəbərə görə, Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilib.

Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.


AzNews.az