31 dekabra qədər pensiyaçılar pensiyalarını alacaq

20 Dekabr 2013 10:16 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayına görə respublikanın bütün şəhər və rayonları üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb.

Fonddan verilən məlumata görə, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 20-də yekunlaşıb.

Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər.

DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.

AzNews.az