Gürcüstanın yeni prezidenti Azərbaycana gəlir

20 Dekabr 2013 11:14 (UTC+04:00)
Gürcüstan prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.

Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.


AzNews.az