Yerevanda aksiya: saxlanılanlar var

20 Dekabr 2013 14:38 (UTC+04:00)
Yerevanda parlament binasının qarşısında Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz məqsədilə keçirilən aksiyanın bir neçə iştirakçısı polis tərəfindən saxlanılıb.

Bu gün ölkə parlamentində təbii qaz, neft məhsulları və emal olunmamış almazlar sahəsində Ermənistan-Rusiya sazişlərinin müzakirəsi üzrə növbədənkənar iclas işinə başlayıb.

Müzakirələrin digər mövzusu qazın qiymətinin müəyyənləşdirilməsi və "ArmRosQazprom" şirkətinin səhmlərinin 20 faizinin Rusiyaya verilməsidir.(trend)