Sərhədi pozan 515 nəfər saxlanıldı- Statistika

20 Dekabr 2013 15:41 (UTC+04:00)
Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18 159 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə bu gün DSX-nin 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Saxlanılanların 46 faizi Azərbaycan, 16,5 faizi Özbəkistan, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Moldova, 3,9 faizi Əfqanıstan, 3,5 faizi Nigeriya, 2,7 faizi Rusiya, 2,3 Türkiyə, 7,3 faizi isə digər ölkələrin vətəndaşları olub.

AzNews.az