Vidadi İsgəndərli prokurorluğa çağırıldı
20 Dekabr 2013 15:43 (UTC+04:00)
Hüquq müdafiəçisi Vidadi İsgəndərli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
V.İsgəndərli qeyd edib ki, onu prokurorluğa rəis müavini Pərviz İbayev dəvət edib: "Pərviz İbayev mənim ilk həbsim barədə qondarma ittiham verən qrupun rəhbəridir. Məni "Gündəm-xəbər" qəzetinə verdiyim müsahibəyə görə çağırır. Zəng edib dedi ki, müsahibədə nəqliyyat naziri Ziya Məmmədovun korrupsioner fəaliyyəti barədə tənqidi fikirlər səsləndirmişəm. Buna görə dəvət edirlər. Sabah - dekabrın 21-də vəkil Xalid Bağırovla prokurorluğa gedəcəyəm".(,musavat.com)