Nazarbəyovun ailəsi ilə bağlı daha bir SENSASSİON məlumat

20 Dekabr 2013 16:18 (UTC+04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev keçmiş informasiya naziri, daha sonra isə müxalifətdə təmsil olunan Altınbek Sarcanbayevin ölümündə təqsirkar bilinir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2006-ci il 11 fevralında Alma-Atada müxalifət lideri və onun sürücüsü Vasili Juravlev, eləcə də köməkçisi Baurjan Baybosin qaçırılaraq daha sonra öldürülüb.

Aparılan istintaq nəticəsində cinayətdə iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bunlar Rüstəm İbrahimov və daha 10 nəfər olub.

R.İbrahimov istintaqa ifadəsində qətlin sifarişçisi kimi Qazaxıstan parlamentində senat aparatının rəhbəri olmuş Erjan Utambayevin adını çəkib. Elə həmin il məhkəmənin qərarı ilə adları cinayətdə hallanan şəxslər uzun müddətə, R.İbrahimov isə ömürlük azadlıqdan mərhum edilib.

Ancaq 2012-ci ilin aprelində R.İbrahimov Ali Məhkəməyə müraciət edərək ifadəsini dəyişdiyini bildirib. Onun sözlərinə görə, müxalifət təmsilçisinin qətlinin sifarişçisi Erjan Utunbayev yox, Rahat Əliyev və Alnur Musayev olub. Xüsusi yaradılan istintaq qrupu məsələnin araşdırılmasında ABŞ-ın Federal Tədqiqatlar Bürosunun əməkdşalarının köməyindən istifadə edib.
Araşdırma nəticəsində məlum olub ki, R.İbrahimov hələ 2006-ci ildə qətlin sifarişçisi kimi Rahat Əliyevin adını çəkib. Ancaq daha sonra ifadə verməkdən imtina edib.

Bunu isə ailəsinə R.Əliyev tərəfindn təhlükə yaradılacağı ilə izah edib. Hazırda isə Baş Prokurorluq R.İbrahimovun son ifadəsinin həqiqəti əks etdirdiyini təsdiqləyib.

Belə ki, araşdırma nəticəsində məlum olub ki, Erjan Utembayev şəxsi Altınbek Sarsanbayevlə şəxsi məsələlərlə əlaqədar mübahisələri yaranıb və o, R.İbrahimovdan müxalifət təmsilçisini döyməyi xahiş edib. Daha sonra bundan prezidentin keçmiş kürəkəni Rahat Əliyevə xəbər tutub.

Bundan sonra o, Alnur Musayevlə bu vəziyyətdən müxalifət təmsilçisinin öldürülməsində istifadə etməyi qərara alıb.
Xatırladaq ki, başqa cinayətlərdə də ittiham edilərək ölkəsində qiyabi olaraq 20 il azadlıqdan məhrum edilən R.Əliyev hazırda xarici ölkələrdən birində gizlənir.

Elnarə
AzNews.az