Sərhədlərin mühafizəsinə dair yeni Dövlət Proqramı hazırlanır

20 Dekabr 2013 16:29 (UTC+04:00)
Azərbaycanda sərhəd mühafizəsi sisteminin inkişafına dair yeni dövlət proqramı qəbul ediləcək.

AzNews.azın məlumatına görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Müşavirədə qeyd edilib ki, "2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul ediləcək.
Artıq adıçəkilən sənədin layihəsi hazırlanaraq müvafiq instansiyalara təqdim olunub.

AzNews.az