Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

20 Dekabr 2013 16:53 (UTC+04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 23 dekabr 2013-cü il tarixində saat 11:00-dan İmişli şəhərində vətəndaşların qəbulu keçiriləcək.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı müraciətlərə "Gənclər Mərkəzi"nin binasında (ünvan İmişli şəhəri, 20 Yanvar küçəsi 2), digər müraciətlərə isə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: İmişli şəhəri, Xiyabani küçəsi 2) baxılacaq.

Vətəndaşların qeydiyyatı 22 dekabr 2013-cü il tarixində saat 09:00-da başlanacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

AzNews.az