Mixail Xodorkovski Almaniyaya gedib

20 Dekabr 2013 19:46 (UTC+04:00)
Mixail Xodorkovskinin olduğu təyyarə Berlin hava limanına enib. APA-nın məlumatına görə, bu haqda "Röyters" Almaniya XİN-in rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.

"Şpigel" jurnalının verdiyi məlumata görə, biznesmenin Şengen zonasına daxil olan ölkələrdə 1 il yaşamaq hüququ var. Almaniyadan Xodorkovski İsveçrəyə yola düşəcək.

"Schwabische Zeitung" isə Xodorkovskinin Nyu-Yorka oğlunun yanına gedəcəyini bildirir.

"Die Welt"in xəbərinə görə, Rusiyadan Almaniyaya təyyarəni Xodorkovski üçün Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer sifariş edib.

Qeyd edək ki, Xodorkovski 2033-cü ildən həbsdə olub. Əfv fərmanı olmasaydı, o 2014-cü ilin avqustunda azadlığa çıxacaqdı.


AzNews.az