Füzulidə yaşayış evində yanğın olub

20 Dekabr 2013 23:04 (UTC+04:00)
Füzuli şəhərində yaşayış evində yanğın baş verib.
AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Füzuli şəhərində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dəhlizin və 1 otağın yanar konstruksiyaları 22 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az