1111 müsəlman cütlük evləndirildi- FOTO

21 Dekabr 2013 16:28 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyanən Kano vilayətində təşkil edilən toy mərasimində 1111 cütlük evlənib.


Dövlət proqramı çərçivəsində müsəlmanlar üçün keçirilən toyda boşanmış qadınlarla boşanmış kişilərin nikahı kəsilib.

Nigeriyanın Ailə və Sosial Təminat Nazirliyindən verilən məlumata görə, onların belə bir üsula əl atmasına səbəb son illər ölkədə boşanmaların say çoxluğudur.

Ölkənin Kano qubernatorunun müavini Abdullahi Ömər Qanduje yenidən evlənən cütlükləri təbrik edərək, bildirib: "Bu məscidə yığışmağımızın səbəbi kütləvi toydur. Əvvələr boşanmış insanların yenidən ailə qurmaları çox gözəldir. Hamınızın bəxtəvər olmasını Allahdan diləyirəm! Müsəlman ailələri dağılmamalıdır. Ölkəmizdə son vaxtlar boşanmaların sayı artır, nikahdan kənar doğulan uşaqlar əzablara düçar olurlar. Belə uşaqlar ata tərbiyəsi və ya ana şəfqəti olmadan böyüyür, küçə adlamlarına çevrilirlər. Bu bəlanın qarşısını almalıyıq".


AzNews.az