Hamilə Xuraman boş dayanmır- Eksklüziv

14 Avqust 2012 08:47 (UTC+04:00)


Müğənni Xuraman Şuşalı ikinci dəfə ana olmağa hazırlaşır. Hamiləliyinin 7-ci ayında olan müğənni ultra-səs müayinəsində uşağın qız olacağını öyrənib. Xuraman qızının adını da artıq müəyyənləşdirib. O bu övladına öz ana nənəsinin adını - Sura qoyacaq. Müğənni əməkdaşımızla söhbətində bildirib ki, onun öz adını da Sura nənəsi qoyub.


Maraqlıdır ki, Xuraman xanım bu halında da boş dayanmır. Adətən hamilə vaxtı istirahət edən qadınlardan fərqli olaraq, o, sənətilə ciddi məşğul olur. Beləki, müğənni yeni albom üzərində çalışır. Albomun adı "Sənsiz" olacaq. Müğənni əmindir ki, musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna aid olan mahnı tezliklə hitə çevriləcək.


Elza

AzNews.az