Aydın Əliyevlə görüşmək istəyənlərin nəzərinə
21 Dekabr 2013 12:05 (UTC+04:00)
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 27-də Yevlax Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin rəsmi saytında verilən xəbərə görə, qəbul saat 11-də başlayacaq.
Qəbul zamanı bölgədə yerləşən Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək.
AzNews.az