Bu ilin ən yaxşı- FOTOLARI
21 Dekabr 2013 15:16 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "National Geographic" şəkil müsabiqəsində 2013-cü il üzrə qazanan iştirakçıların adları bəlli olub. Yarışda mükafata layiq görülən fotolardan bir neçəsini sizlərə təqdim edirik:
"National Geographic 2013"-ün yekun nəticələrinə görə, birinci yerə iPaul Souders adlı fotoqraf sahib çıxıb. Onun Hudson Körfəzinin dondurucu sularında su səthinə çıxmaq üzrə olan qütb ayısını lentə aldığı şəkili yüksək mükafata layiq görülüb.

Təbiət Kateqoriyası üzrə: Tokioda yaşayan qarğalar oradakı ağacların azlığından özlərinə yuva düzəldə bilmirlər. Böyük bir şəhərdə yuva hazırlamaq üçün ağac tapmayan qarğalar son çarəni paltar asılqanlarında görüblər. Onların bu ideyaları Yosuke Kashiwakura adlı fotoqrafı da məşhur edib. Fotoqrafın lentə aldığı bu şəkil Mansiyon Mükafatına layiq görülüb.

Təbiət kateqoriyası üzrə fotoqraf Stephen De Lislenin lentə aldığı Hind gərgədanı da Manisyon mükafatına layiq görülüb. Qeyd edək ki ki, şəkil Kanadada yerləşən Toronto Zooparkında çəkilib.

İnsan Kateqoriyası üzrə: Danirmakada yaşayan 15 yaşlı tək yumurta əkizləri Nils və Emil qardaşlarının fotosessiyasından olan bu şəkil FYN mükafatına layiq görülüb. Şəkil fotoqraf Cecile Baudier tərəfindən lentə alınıb.

Məkan Kateqoriyası üzrə: Çinin qədim Laocheng şəhəri mükafata layiq görülüb. Fotoqraf Adam Tan şəkili belə şərh edib: "İqtisadi inkişafına görə seçilən Çinin yeni bir şəhərə çevriləcək və bu xam gözəlliyini itirəcək qədim şəhəri"

Məkan kateqoriyası üzrə: "İnəklər və paraşütlər" adı verilən bu şəkil fotoqraf Andrew Lever tərəfindən çəkilib. O, bu mənzərəni görəndə ilk əvvəl qarabasma olduğunu düşündüyünü bildirib.
Fotoqraf sonradan aydınlaşdırıb ki, onun gördüyü həqiqətən də günəş vannası qəbul edən inəklərdir. Sözügedən şəkil də Manisyon mükafatına layiq görülüb.

Xəyalə Məmmədova
AzNews.az