Açıq kosmosda 6 saat

21 Dekabr 2013 18:03 (UTC+04:00)

AzNews.az İNTERFAX - a istinadən xəbər verir ki,Beynəlxalq Kosmik Stansiyada nasazlıq meydana gəlib.
Amerika astronavtları Riçard Mastrakkio və Maykl Xopkins Beynəlxalq Kosmik Stansiyanın(BKS) istilik tənzimetmə sistemini düzəltmək üçün açıq kosmosa çıxıblar. Onlar sıradan çıxmış nasosu dəyişmək məcburiyyətində qalıblar. BKS - də bu işi görmək üçün açıq kosmosda 6 saat yarım vaxt lazımdır . Yapon kosmonavtı Koiti Bakata onlara stansiyadan manipulyatorla kömək edəcək.
NASA mütəxəssisləri belə düşünürlər ki, təmir zamanı istilik tənzimetmə sistemindən ammiak sızması ola bilər. Belə bir hadisə əvvəl də olub. Əgər belə bir hal baş verərsə astronavtlar sistemi təmzləməli olacaqlar və bunu etməmişdən əvvəl onlar yenidən stansiyaya qayıtmalıdırlar.
23 dekabrda BKS - dən ikinci dəfə açıq kosmosa çıxış planlaşdırılır. Əgər bu çatışmamazlığı 2 dəfəyə aradan qaldırmaq mümkün olmasa , 25 dekabrda yenidən stansiyadan kənara çıxmaq lazım gələcək.
27 dekabrda isə açıq kosmosa rus kosmonavtları Oleq Kotov və Sergey Ryazanov çıxacaqlar.


Əli
AzNews.az