Yaşayış binasında yanğın: 18 nəfər təxliyə olundu

22 Dekabr 2013 19:42 (UTC+04:00)
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyin saytına istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər 200 metrlik elektrik naqilləri yanıb. Yanğın zamanı mənzillərdən 18 sakin təxliyə olunub.

Elektrik naqillərinin qalan hissəsi binanın mansardı və mənzillər yanğından mühafizə olunub.

AzNews.az