Ana ilə övladını maşın vurdu
22 Dekabr 2013 19:48 (UTC+04:00)
Bu gün Gəncənin Üzeyir Hacıbəyov küçəsində yolu keçmək istəyə ana və övladını hərəkətdə olan QAZ 3110 markalı avtomobil vurub.
ANS PRESS-in El TV-yə istinadən verdiyi məlumata görə, nəticədə hər iki şəxs ağır vəziyyətdə Gəncə şəhər TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, avtomobili Göygöl sakini İsa Mustafayev idarə edib. Polis tədqiqat aparır.
AzNews.az