Daxili işlər naziri: “Başıma güllə sıxaram”

23 Dekabr 2013 08:18 (UTC+04:00)
Türkiyənin müxalif partiya olan MHP-dən seçilən millət vəkili Lütfü Türkkanla daxili işlər naziri Müammer Güler arasına yeni qalmaqal başlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkili ona "twitter"də Alper Terzioğlu adı ilə müsajlar yazaraq ailəsini və hətta Atatürkü söyən şəxs nazirin oğlu Barış Gülər olduğunu bildirib.

Millət vəkili bu məlumatı açıqladıqdan sonra daxili işlər naziri ona zəng edərək bunun doğru olmadığını bildirib.

Millət vəkili nazirlə aralarındakı telefon danışığının mətnini də yayıb. Məlum olur ki, nazir Alpər Terzioğlu adı ilə mesaj yazan şəxsin onun oğlu olmadığını bildirir və bunu oğlunun hazırda həbsxanada olması ilə izah edir. Bununla yanaşı söhbətin sonunda nazir bildirir ki, əgər oğlu başqa adla millət vəkilinə mesaj göndərərək onu təhqir və təhdid edibsə, öz başına güllə sıxacaq.

Bu söhbətdən sonra millət vəkili "Nazir yalan söyləyəcək? Bunu deyən nazirə inanmaq lazımdır. Əgər nazir başına güllə vuracaq qədər əmindirsə, o zaman tabeliyindəkilərə Alper Terzioğlunun əslində kim olduğunu üzə çıxarmaq üçün tapşırıq versin. Nazirə bir şərtlə inanaram ki, bu şəxsn kimliyini ictimaiyyətə açıqlasın".

Elnarə
AzNews.az