Elmar Vəliyevdən İlham Əliyevin 52 yaşına 52 min ağac

23 Dekabr 2013 10:01 (UTC+04:00)
Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncə şəhərində 52 min ağac əkmə kampaniyasına start verilib.


Bu sözləri AzNews.az-a açıqlamasında Gəncə şəhər icra başçısının birinci müavini Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, kampaniya 23 dekabrdan 30 dekabra kimi davam edəcək: "Şəhərin Məhsəti qəsəbəsində ağac əkilir. Bu kampaniyada ictimai təşkilatların və müəssisələrin kollektivləri iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də bu gün kampaniyada iştirak edərək ağac əkib".

Qeyd edək ki, kampaniyanı İcra Hakimiyyəti ilə bərabər "İDEA" təşkilatı həyata keçirir.

AzNews.az