Tövlədə yanğın

23 Dekabr 2013 11:11 (UTC+04:00)

Göyçay rayonunda tövlədə yanğın hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, yanğın gecə saatlarında rayonunun Şahsoltanlı kəndində törənib.

Belə ki, Gülmara Yediyarova məxsus tövlədə qəfildən başlayan yanğın genişlənib.

Yanğının söndürülməsi üçün ilk köməyə gələn qonşular olub.

Daha sonra isə yanğının söndürülməsi üçün əraziyə rayon Yanğından Mühafizə Xidmətinin 2 qrupu cəlb edilib.

Hadisə zamanı ümumi sahəsi 40 kvadratmetr olan tövlə bütövlükdə yanıb. Yaxınlıqda olan evlər və tikililər yanğından mühafizə edilib. İlkin ehtimala görə, yanğına elektrik naqilində baş verən qısa qapanma səbəb olub.

Tural Mustafayev
AzNews.az