Əli İnsanov qərarını açıqladı: Avropaya ŞİKAYƏT- Yenilənib

23 Dekabr 2013 16:45 (UTC+04:00)
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Ali Məhkəmənin Plenimumun çıxardığı qərardan Avropa Şurasının Nazirlər Komitəsinə şikayət göndəriləcək.

Bu barədə bu gün vəkil Toğrul Babayevlə Əli İnsanovun görüşündə qərar qəbul edilib.

T.Babayevin AzNews.az-a verdiyi məlumata görə, Plenumun qərarı tərcümə edilərək əlaqədar qurumlara göndəriləcək: "Bundan başqa qərarın tərcüməsi Avropa Məhkəməsi qərarların icrası şöbəsinə göndəriləcək. Bununla da Avropa Məhkəməsinin qərarlarının icra edilmədiyi məlum olacaq. Bu qərar Əli İnsanovun qərarıdır".

Elnarə
AzNews.az


***
12:19

Ali Məhkəmənin Plenumunun keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı çıxardığı qərar artıq vəkillərə çatdırılıb.


Bunu Əli İnsanovun vəkili Toğrul Babayev AzNews.az-a bildirib. Vəkilin sözlərinə görə, bu gün Plenumun qərar Əli İnsanovla müzakirə ediləcək: "Müzakirədən sonra qərarla bağlı hansı addımlar atacağımızı müəyyən edəcəyik. Əli İnsanov bu gün olacaq görüşdə qərar verəcək".

Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarına əsasən, sabiq səhiyyə naziri Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib.

Birinci məhkəmə instansiyasının qərarı dəyişdirilməyib və Ə.İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Elnarə
AzNews.az