Qadına qarşı soyğunçuluq edənlər saxlanıldı

23 Dekabr 2013 11:38 (UTC+04:00)

Bakının Nizami rayonunda bir gecədə iki soyğunsuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ötən gün Nizami rayonunda naməlum şəxslər paytaxt sakini 56 yaşlı Məxmər Cabbarovaya zor tətbiq edərək icərisində 100 manat pul mobil telfon və şəxsi sənədlər olan çantasını alıblar.

Görülən zəruri tədbirlər nəticəsində Nüsrət Məmmədov və Xaliq Həsənov yaxalanıb. Nizami Rayonunda daha bir şəxs saxlanılıb və məlum olub ki, Zeynəb Cəlilovaya qarşı zor tətbiq edərək əl çantasını ondan alan paytaxt sakini 25 yaşlı Məhəbbət Cabbarovdur.

Tural Mustafayev
AzNews.az