Qafqaz Müsəlmanları İdarəsi prezident İlham Əliyevin də iştirakı ilə iftar mərasimi keçirəcək. Bu barədə məlumat AzNews- a QMİ-dən verilib. İftar mərasiminə ölkəmizdəki dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandaki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılacaq.
QMİ- nin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin iqamətgahında təşkil olunacaq iftar mərasiminin avqustun 17- də keçirilməsi nəzərdə tutulur.
Kəmalə
AzNews.az