İlham Əliyevin sədrliyi ilə konfrans keçirildi

23 Dekabr 2013 13:02 (UTC+04:00)
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlət başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.

Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış ediblər.

Dövlət başçısı konfransda yekun nitqi söyləyib.

AzNews.az