Dövlət başçılarından İlham Əliyevə ad günü TƏBRİKİ

23 Dekabr 2013 14:21 (UTC+04:00)
Bir sıra dünya liderləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Çin Xalq Respublikasının sədri Si Tszimpin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etməyi və xoş arzularını bildirməyi özünə şərəf saydığnı deyib:


"Çin ilə Azərbaycan dost və tərəfdaş dövlətlərdir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldığı vaxtdan 21 il keçmişdir. Çin ilə Azərbaycan arasında dostluq münasibətləri sabit və dinamik inkişaf edir. Çin tərəfi bu münasibətlərin səviyyəsindən razıdır.

Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına Sizin töhfənizi, həmçinin uzun illər boyu bütün sahələrdə ikitərəfli əməkdaşlığı fəal inkişaf etdirməyinizi yüksək qiymətləndirirəm. Ölkələrimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin ilə Azərbaycan arasında ənənəvi dostluğun, ikitərəfli siyasi etimadın möhkəmlənməsinə, münasibətlərimizin daha da inkişaf etməsinə və ölkələrimizin xalqlarının rifahının yaxşılaşmasına yönəlmiş səyləri Sizinlə bərabər davam etdirmək istəyirəm".

Latviya Respublikasının Prezidenti Andris Berzinşin dövlət başçısına ünvanladığı təbrik məktubunda deyilir:


"Əziz dostum, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə mətinlik, sevgi, müdriklik, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər diləyirəm.
Eyni zamanda, Yeni ildə ən xoş arzularımı qəbul edin. Sizin istəklərinizin, arzularınızın və diləklərinizin çin olmasını, bütün niyyətlərinizin həyata keçməsini arzu edirəm.

İcazə verin ölkələrimizin müntəzəm siyasi dialoqu və sahəvi nazirliklər arasında fəal qarşılıqlı münasibətlər sayəsində səmimi və konstruktiv xarakter daşıyan əməkdaşlıqdan ürəkdən məmnun olduğumu bildirim.

Son dövrlər ölkələrimiz arasında münasibətlər üçün xüsusilə əhəmiyyətli olub.

Hörmətli cənab Prezident, 2013-cü ildə Sizinlə şəxsən dəfələrlə görüşməyimdən, istər mənim Azərbaycanda səfərdə olduğum dövrdə Sizin qonağınız kimi, istərsə də Şərq Tərəfdaşlığının Vilnüsdə keçirilmiş sammiti çərçivəsində görüşümüzdən çox məmnunam.

Danışıqlarımızın xeyli hissəsi nəqliyyat şəbəkəsinin inkişafı məsələsinə həsr edilib. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu yaxınlarda aviasiya sahəsində ciddi irəliləyişə nail olmuşuq. Dekabr ayında Riqa aeroportunda Azərbaycan logistika mərkəzi yaradılması barədə Bakıda müqavilə imzalanıb.

Cənab Prezident, səmərəli əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verərək Latviya ilə Azərbaycan arasında münasibətlərin formalaşmasına şəxsi töhfənizə görə Sizə bir daha təşəkkür etmək istərdim. Çox ümid edirəm ki, yaxın vaxtlarda imkan tapıb Latviyaya səfərə gələcəksiniz.

Siz dərin hörmətimə əmin olun. İcazə verin Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim və ən xoş arzularımı bildirim".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib:


"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikasının inamlı sosial-iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq edib.

Belarus və Azərbaycanın strateji tərəfdaşlığı ilbəil möhkəmlənir, perspektivli birgə layihələrlə zənginləşir. Belarus Respublikası ilə münasibətlərin inkişafına Sizin şəxsi diqqətiniz qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında mühüm rol oynayır.

Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:


"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına daimi dəstəyinizə və sanballı töhfənizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin intensiv inkişafını böyük məmnuniyyətlə qeyd edirəm.

Əmin olduğumu bildirirəm ki, bizim səylərimiz sayəsində xalqlarımızın rifahı naminə Astana ilə Bakı arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunda isə deyilir:


"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoşbəxtlik, möhkəm cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən tükənməz həyat eşqi və enerji, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüs və səylərinizdə yeni uğurlar diləyirəm".

AzNews.az