Boğaziçi Universitetini sarsıdan intihar

23 Dekabr 2013 18:00 (UTC+04:00)
Boğaziçi Universiteti araşdırma vəzifəlisi və doktoranturasının tələbəsi 30 yaşlı İsmayıl Arı, Fatih Sultan Mehmet körpüsündən özünü ataraq intihar edib.


AzNews.az DHA xəbər agentliyinə istinadən məlumat verir ki, FSM körpüsündən səhər saatlarında bir adamın, taksidən enərək körpüdən atladığını görənlər polisə xəbər veriblər.

Başladılan axtarışlar zamanı Bebek sahillərində bir adamın dəniz səthində suyun üzərində olduğunu təsbit edilib. Sahil Təhlükəsizlik qrupları qısa müddətdə adama çataraq onu sahilə çıxarıblar.

Qadının həyatını itirdiyi bəlli olub. Polisin araşdırması zamanı intihar edən adamın Boğaziçi Universiteti Kompüter Mühəndisliyi Bölümü məzunu, eyni məktəbdə araşdırma vəzifəlisi və doktorantura tələbəsi olan İsmayıl Arıya aid olduğu təyin edilib.

Arının cəsədi, araşdırmaların ardından Ədliyyə Tibb Təşkilatının morquna aparılıb. Hadisə ilə əlaqədar istintaq başladan polis , Arının intiharının səbəblərini araşdırır.

Elman
AzNews.az