Xarici şirkətlər Cənubi Sudanı tərk edir

23 Dekabr 2013 15:14 (UTC+04:00)

Xarici şirkətlər Cənubi Sudanda baş verən qarşıdurmalardan narahat olaraq ölkəni tərk edirlər.


AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə vəziyyətin getdikcə gərginləşdiriyini görən xarici şirkətlər Cənubi Sudandan çıxırlar. Zəngin neft yataqlarının olduğu ölkəni tərk etmələrinə səbəb Cənubi Sudanda vətəndaş müharibəsinin başlaması ehtimalıdır. Yüzlərlə xarici vətəndaş atrıq, şiddətli qarşıdurmaların yaşandığı Cənubi Sudandan ABŞ-a aid təyyarə və helekopterlərlə evakuasiya edilir.

ABŞ-dan başqa, Almaniya , İngiltərə , Fransa , Keniya və Uqanda kimi bir çox ölkə də vətəndaşlarını bu ölkədən çıxartmaq üçün Cənubi Sudana təyyarə göndərib. BMT isə Cənubi Sudanı tamamilə tərk etməyəcəyini bəyan edib. BMT-nin neçə əmkdaşının Cənubi Sudanda qalacağı isə açıqlanmır.

Xatırladaq ki, 2011-ci ildə Sudanda ayrılaraq müstəqilliyini elan edən neftlə zəngin Cənubi Sudan vətəndaş müharibəsinin astanasındadır. Zəngin neft yataqlarının olmasına baxmayaraq, Cənubi Sudanda vətəndaşların böyük hissəsi yoxsulluq içində yaşayır.

Tural
AzNews.az