Ərbəin mərasimi qeyd edilib

23 Dekabr 2013 18:56 (UTC+04:00)
İranın paytaxtı Tehranda minlərlə insan İmam Hüseynin ölümünü qeyd edən Ərbəin mərasimini keçirmək üçün küçələrə çıxıb.
ANS PRESS-in Associated Pressə istinadən verdiyi məlumata görə, Tehran sakinləri bütün dünyada İmam Hüseynin şəhadətini qeyd edən milyonlarla şiə müsəlmanına qoşulub.

Dini şüarlar səsləndirən şiələr Tehran küçələrində yürüş ediblər.

"Biz səsimizin bütün şiələr və dünyanın bütün insanları tərəfindən eşidilməsini istəyirik. Bütün dünyada insanların bütün məzlumları dəstəkləməsini istəyirik." - deyə, Mostafa Kolivanad adlı Tehran sakini bildirib.

Qeyd edək ki, Ərbəin mərasimi İmam Hüseynin ölümündən sonrakı 40-günlük yasın sona çatdığını bildirir.


AzNews.az