Əl-Qaidə hücuma görə üzr istəyib

23 Dekabr 2013 19:49 (UTC+04:00)
Əl-Qaidə Yəməndə hazırlanan hücuma görə üzr istəyib.
"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Əl-Qaidə terror təşkilatı Yəmənin paytaxtı Sanada dekabrın 5-də Müdafiə Nazirliyinin kampusundakı bir xəstəxananı hədəf alan qanlı hücumda baş verənləri xəta olaraq qiymətləndirib və yaşananlara görə üzr istəyib. "Hücumdakı xətamızı qəbul edirik. Qurbanların yaxınlarından üzr istəyirik. Onların həyatını itirməsini istəməzdik, qəsdən hədəf almadıq. Bu bizim dinimizdə və əxlaq qaydalarında yoxdur. Xəstəxanada yaşananların bütün məsuliyyətini üzərimizə götürürük".

Təşkilatın tarixində ilk dəfə üzr istəməsi diqqət çəkməklə yanaşı, terror hadisəsində zərər çəkənlərə təzminat ödəyəcəyinə söz verməsi də diqqət çəkib. Xatırladaq ki, Yəməndə dekabrın 5-də bomba yüklü vasitələrin də istifadə edildiyi terrorda 52 nəfər həyatını itirmiş, 167 nəfər yaralanmışdı.


AzNews.az