Bəşər Əsəd Qərbi qınadı

23 Dekabr 2013 20:38 (UTC+04:00)
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Bəşər Əsəd Avstraliyalı alimləri qəbul edərkən Qərb ölkələrindən narazılığını açıq bildirib. O qeyd edib ki, Qərb siyasətçiləri ya bilərəkdən , ya da qəsdən Suriyadakı hadisələrə ikili standartlarla yanaşırlar, ya da onlar ümumiyyətlə Suriyada nələr baş verdiyini dərk etmurlər. Suriya rəhbəri ölkəsində hökumət qüvvələrinə qarşı terrorçuların döyüşdüyünü bildirib. "Bizə qarşı xarici qüvvələrin maliyyələşdirdiyi terrorçular döyüşür, hansı ki, onlar əslində bütün dünyaya təhlükə törədir" - deyə Bəşər Əsəd qeyd edib.


Azər
AzNews.az