Xodorkovski Soljenitsin deyil – Açıqlama

24 Dekabr 2013 08:53 (UTC+04:00)

"Mixail Xodorkovski Rusiyadakı siyasi vəziyyətə təsir edə bilməyəcək".


AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov iş adamı Mixail Xodorkovskinin azadlığa buraxılmasını şərh edərək, deyib ki, prezident Vladimir Putin tərəfindən əfv olunan M. Xodorkovskinin aktiv siyasətlə məşgul olmayacağını düşünür:

"Xodorkovskinin Nobel mükafatı alan rus yazıçısı Aleksandr Soljenitsinlə eyni tutulmasını düzgün sayıla bilməz. Soljenitsin şübhəli pul transferləri üstündə həbs olunmamışdı. O mübarizəsi üçün acı çəkirdi".

Puşkov Putin əleyhinə ifa etdiyinə görə, həbs edilən "Pussy Riot" musiqi qrupunun üzvlərinin azadlığa buraxılmasına münasibət bildirib. O, bu əfvlərin Rusiya ilə qərb arasında yumşalmaya səbəb olacağını da istisna etməyib.

Tural Mustafayev
AzNews.az