Biləsuvarda flaşmob keçirildi - VİDEO

24 Dekabr 2013 09:51 (UTC+04:00)

Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi günü ərəfəsində, ölkə başçısı İlham Əliyevin doğum günü Biləsuvar rayonunda "Firavan həyat - Biləsuvar gəncliyi" devizi altında "flaşmob" keçirilib.



AzNews.az-ın xəbərinə görə, "flaşmob" Yeni Azərbaycan Partiyası Biləsuvar rayon Gəncər Təşkilatı, Gənclər və İdman Nazirliyinin rayon şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev bağında reallaşıb.

Bağda bir araya gələn 50-yə yaxın məktəbli musiqi sədaları altında bir-birindən maraqlı nömrələr göstərməklə parka toplaşan minlərlə iştirakçıya xoş anlar yaşadıblar.

Sonra İlham Əliyevin doğum günü münasibətilə səmaya 52 yanar şar buraxılıb. Günorta saatlarından başlayan "flaşmob" axşam saatlarınadək davam edəcək.

Tural
AzNews.az