Tanınmış folklorşünas vəfat etdi

24 Dekabr 2013 12:36 (UTC+04:00)
Aşıq sənətinin araşdırmaçısı, tənqidçi, folklorşünas Lətif Həsənov bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib. Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, L.Həsənov səhər saatlarına özünü pis hiss edib: "Həkim çağırdıq. Dedi ki, təzyiqi düşüb. Xəstəxanaya aparanda yolda keçindi".

Qeyd edək ki, L.Həsənov iki il bundan əvvəl ürək əməliyyatı keçirib.
Allah rəhmət eləsin!

Bahar Rüstəmli
AzNews.az