Gözətçi işlədiyi mağazada yanaraq öldü

24 Dekabr 2013 12:49 (UTC+04:00)
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 26 kvadratmetr olan paltar mağazasında 1 ədəd döşək qismən yanıb.

Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən, 1968-ci il təvəllüdlü Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub və yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az