Heydər Əliyev Fondu Nərimanovda uşaqlar üçün bayram şənliyi keçirdi- FOTO

24 Dekabr 2013 15:14 (UTC+04:00)
Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənliyi təşkil edilib.


AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində kor və zəif gərənlər üçün 5 nömrəli internat məktəbinin şagirdləri və Psixonevroloji Uşaq Evində müalicə olunan uşaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov uşaqları bayram münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Uşaqlara dövlət qayğısından danışan icra başçısının müavini uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bayram münasibətilə təmsil etdiyi partiyanın təbriklərini çatdırıb. Bayram şənliyinin 24 dekabr - prezident İlham Əliyevin ad gününə təsadüf etməsinə diqqəti çəkən T.Tağıyev dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı üçün yaradılan şəraitini yüksək qiymətləndirib.


Tədbirdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər çıxış edərək prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Nərimanov rayon İcra Hakimiyyətinə uşaqlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər. Şaxta baba, Qar qızın gəlişi, musiqi və rəqs kollektivlərinin bir-birini əvəz edən çıxışları, ədəbi-bədii kompozisiyalar, səhnəciklərin nümayiş etdirildiyi tədbirdə Heydər Əliyev Fondu tərəfindən uşaqlara hədiyyələr paylanıb.

Elnarə
AzNews.az