Sumqayıtdakı dəhşətli qəza ilə bağlı Rəsmi məlumat

24 Dekabr 2013 15:30 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mercedes-Benz" markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra "Nissan" markalı minik avtomobilinin üzərinə aşıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Nissan" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az