Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

24 Dekabr 2013 15:47 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə media nümayəndələri üçün tikilən binadan mənzil almış jurnalistlərə mənzillərin açarlarının və sənədlərinin təqdim edilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov, rabitə informasiya və texnologiyalar naziri Əli Abbasov, KİVDF-nin sədri Vüqar Səfəfərli, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən V.Səfərli mənzil almış jurnalistləri təbrik edib və qeyd edib ki, yeni mənzillər tam təmirlidir və hər cür şəraitə malikdir.

Daha sonra Ə.Həsənovun iştirakı ilə mənzillərin sənədləri və açarları öz sahiblərinə təqdim edilib.

AzNews.az