Tanınmış diktor səhəti ilə bağlı danışıb

24 Dekabr 2013 17:49 (UTC+04:00)
Tanınmış diktor əməliyyatdan sonra musavat.com-a açıqlama verib.
Tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun bu yaxınlarda ağciyərində xərçəng xəstəliyi aşkar edildiyi üçün Türkiyəyə əməliyyata yola salındı. Əməliyyatdan sonra Bakıya dönən diktorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Danışmaqda xeyli çətinlik çəksə də, o, əməliyyatın uğurlu keçdiyini dedi: "Türkiyədə əməliyyat olundum. Əməliyyatdan sonra danışmaqda çətinlik çəkirəm. Ancaq həkimlərin dediyinə görə, əməliyyat uğurla başa çatıb. Ancaq gələcəkdə sözsüz ki, müalicəni davam etdirəcəm. "

"Müalicənin davamı üçün yenidən Türkiyəyə qayıdacaqsınızmı" sualına isə diktor bunu dəqiq bilmədiyini dedi: "Sırada kimyəvi terapiya müayinəsinə başlanılmalıdır. Müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəyik. Ancaq dəqiq bilmirəm, bu terapiyaya Bakıdamı, yoxsa Türkiyədəmi başlayacam. Bu yaxınlarda həkimlərlə məsləhətləşib bir addımlar atacağıq. "

Xatırladaq ki, R.Hüseynovun müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayır.


AzNews.az