Nazarbayev AİB əleyhinə çıxış etdi

24 Dekabr 2013 21:00 (UTC+04:00)

AzNews.az qazax mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya və Belarusiya ilə birlikdə yaratdıqları Avroasiya iqtisadi birliyi siyasətinə qarşı çıxış edib.
Bu barədə o 24 dekabrda Moskvada avroasiya iqtisadi birliyinin (Əvvəlcə Gömrük ittifaqaı adlanırdı) Baş məclisində çıxışı zamanı bildirib. Bu barədə Kremlin rəsmi saytında çıxışın stenoqramı yayılıb.
Qazaxıstan lideri qeyd edib ki, indiki dövrdə söhbət yalnız iqtisadi birlikdən getməlidir, ona görə indiki müqaviləyə "iqtisadiyyatdan kənar inteqrasiya əsasnaməsi" əlavə etmək düzgün deyil. "Gəlin iqtisadi birlik yaradaq, qalanları vaxtı gəldikcə öz həllini tapacaq", - deyə o qeyd edib.
Nazarbayevin sözlərinə görə bu cür istiqamətlər, məsələn sərhədlərin qorunması, miqrasiya siyasəti, müdafiə sistemləri və təhlükəsizlik, habelə səhiyyə, təhsil, elm, mədəniyyət məsələləri, mülki və cinayət qanunvericiliyində kömək məsələlərinin iqtisadi inteqrasiya ilə heç bir bağlılığı yoxdur və AİB formatına uyğun gəlmir. Bu əməkdaşlıq formaları artıq başqa ittifaqlarda reallaşdırılıb, məsələn ODKB və MDB kimi və bir də ikitərəfli formatlarda.
Belarus prezidenti Aleksandr Lukaşenko da həmkarının fikirləri ilə razılaşaraq qeyd edib ki,"siyasi üstqurum" üçün hələ zaman yetişməyib.

Azər
AzNews.az