11 yaşlı uşağı maşın vurub

24 Dekabr 2013 21:57 (UTC+04:00)
Bu gün axşam saatlarında Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Mustafayev Duyğu Ziya oğlunu H.Əliyev prospektində yolu keçərkən maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.


AzNews.az