Maşın çaya düşüb, xəsarət alan var

24 Dekabr 2013 23:14 (UTC+04:00)
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Xaçmaz şəhər sakini Qeybullayev Cümşüd Əjdər oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın Qağacuq çayının üzərindəki körpüdən çaya düşüb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Axşam saatlarında Xaçmaz şəhəri ərazində daha bir yol nəqliyyat hadisəsi baş verib. 27 BB 357 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla 99 DM 429 dövlət qeydiyyatlı "Priora" markalı maşınla toqquşub. Bu qəzada xəsarət alan olmasa da minik maşınlarına ciddi ziyan dəyib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


AzNews.az