Azərbaycan diasporunun rəhbəri: “Qafqazlıların qaniçən obrazı yaradılır”

25 Dekabr 2013 09:31 (UTC+04:00)
Rusiyanın Nijni-Novqorod vilayətinin Arzamas şəhərində erməni kafesində baş verən münaqişədə Aleksandr Slakayev adlı gəncin öldürülməsi ilə başlayan qarşıdurma davam edir.

Azərbaycan ın Nijni- Novqoroddakı Milli-Mədəni Muxtariyyatının rəhbəri Vidadi Abbasov şəhərdə baş verənlərdən danışıb.

AzNews.az-ın xəbərinə görə, V.Abbasov qeyd edib ki, Arzamasda baş verən ölüm faktı Rusiyada milli dözümsüzlüyün nəticəsidir. Bryulovada baş verən hadisələrdən sonra milli dözümsüzlüyün artdığını deyən V.Abbasov "Gəncin Arzamasda ölümü nifrət yaradan təbliğatın, zorun nəticəsidir" deyə vurğulayıb.

Abbasovun sözlərinə görə, Rusiyada qafqazlıların qaniçən obrazı yaradılır: "İnsanlar başqa rəngli dərisi olan insan görəndə dərhal onlarda mənfi reaksiya yaranır. Sanki insan beynini zombiləşdiriblər".

Elnarə
AzNews.az