CHP-dən istefalara reaksiya: “Kifayət etməz”

25 Dekabr 2013 10:33 (UTC+04:00)
Türkiyədə adı rüşvət qalmaqalında hallanan nazirlərdən ikisinin istefa verməsinə müxalifətdən ilk reaksiya gəlib.

İqtisadiyyat naziri Zəfər Çağlayanın istefa xəbəri ilə başlayan istefa dalğasından sonra müxalifətdə olan CHP məsələyə münasibət açıqlayıb.

CHP qrup başqan vəkili Muharrem İnce Zəfər Çağlayanın istefasından danışarkən "Kifayət etməz" deyib.

Elnarə
AzNews.az