TRT-nin binası yandı

25 Dekabr 2013 11:09 (UTC+04:00)

TRT-nin İstanbul şəhərindəki binasında bu gün səhər saatlarında yanğın baş verib.

AzNews.az Türkiyə mətbuatın istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 08.00-da baş verib.

Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Qısa zamanda yanğın nəzarət altına alınıb. İlkin məlumatlara görə, yanğının baş verməsinə səbəb studiyada elektrik cihazlarında baş verən qısa qapanma olub.

Elnur
AzNews.az