Həkim İlhamə Quliyevaya bir gün vaxt verib

25 Dekabr 2013 13:10 (UTC+04:00)
"Xalq artisti İlhamə Quliyevanın müalicəsi hələ davam edir". Bunu AzNews.az-a sənətkarın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli bildirib. F.Ələkbərli deyib ki, İ.Quliyeva bayram günlərində də xəstəxanada olacaq: "Həkim İlhamə xanıma bircə gün icazə verib. Dekabrın 31-i, Yeni il bayramını günü İlhamə xanım evində, doğma ocağında, ailəsi və dostlarının əhatəsində qeyd edəcək. Səhəri isə o, yenidən xəstəxanaya dönəcək".

Qeyd edək ki, İ.Quliyeva bir il bundan əvvəl Mərkəzi Neftçilər xəstəxanasında ürək əməliyyatı keçirib. İki həftə öncə o, yenidən xəstəxanaya yerləşdirilib.

Bahar Rüstəmli
AzNews.az