Dünya ictimaiyyətinin nümayəndələrindən prezidentə məktub

25 Dekabr 2013 13:29 (UTC+04:00)
Dünən ad gününü qeyd edən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

ABŞ konqresmeni Al Qrin dövlət başçısına ünvanladığı təbrik məktubunda qeyd edir:

"Hörmətli cənab Prezident, Doğum gününüz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin ABŞ ilə Azərbaycan arasında güclü əlaqələrin qurulmasına verdiyiniz şəxsi töhfələr təqdirə layiqdir. Əminəm ki, xalqlarımızın mənafeyi naminə birgə səylərimiz daha da güclənəcəkdir.

Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm".
ABŞ-ın digər konqresmeni Eddi Bernis Consonun təbrikində bildirilir: "Cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Texasın 30-cu rayonu Azərbaycan əsilli amerikalıların istedadı və töhfəsi sayəsində çox gözəlləşmişdir.

Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə dəyərli töhfələr vermisiniz. Biz bunu yüksək qiymətləndiririk. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmiş və dostluğumuz daha da güclənmişdir.

Əminəm ki, Sizin prezidentliyinizin növbəti dövründə ABŞ-Azərbaycan münasibətləri daha dinamik inkişaf edəcək və dərinləşəcəkdir".

Prezident İlham Əliyevi təbrik edənlər arasında ABŞ-ın Nyu-Meksiko ştatının xəzinədarı Ceyms B.Levis də var.

Onun təbrik məktubunda qeyd edilir: "Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa sadiqliyiniz və töhfəniz yüksək qiymətləndirilir.
Bizim dövlətlərimiz sınanmış müttəfiqlərdir və dostluğumuz Sizin səylərinizlə daha da möhkəmlənmişdir.

Azərbaycana səfərim zamanı yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə təşəkkür etmək istərdim. Bu, ölkəniz haqqında daha çox məlumat əldə etmək baxımından uğurlu bir səfər idi. Əminəm ki, prezidentliyinizin növbəti dövründə də çox vacib olan ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə fəaliyyətimizi davam etdirəcəyik".

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev də dövlət başçısını təbrik edib: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Sizi öz ölkəsinin vətənpərvər oğlu və Azərbaycan Respublikasında sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim kimi tanıyırıq.

Bizim respublikaya xeyirxah münasibətinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi, ölkənizdə əmin-amanlıq, çoxşaxəli quruculuq fəaliyyətinizdə uğurlar arzulayırıq".

Rusiya Federasiyası Şimali Osetiya - Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurovun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizinlə - Şimali Osetiyanın qədim tarixi əlaqələr və səmərəli əməkdaşlıq telləri ilə bağlı olan Azərbaycanın Prezidenti ilə dost olduğumuza görə qürur duyuruq. 2015-ci ildə Azərbaycan ilk Avropa oyunları keçiriləcəyi yer olacaqdır. Şimali Osetiyadan olan idmançıların çoxu Azərbaycan bayrağı altında qürurla çıxış edir və edəcəkdir. Əminəm ki, buna görə bizim dostluğumuz daha da möhkəmlənəcəkdir. Sizə - dost dövlətin başçısına və Milli Olimpiya Komitəsinin prezidentinə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bütün işlərinizdə uğurlar arzulayıram".

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək xoş arzularını çatdırıb: "Çox hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, işinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində Sizin fəal iştirakınız Həştərxan vilayəti ilə Azərbaycan arasında tarixi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə hərtərəfli kömək edir. Əminəm ki, bizim hərtərəfli qarşılıqlı münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu xoş gündə Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə və yaxınlarınıza uğurlar, tükənməz nikbinlik, uzun ömür və xoş günlər arzulayıram".

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təbrikində deyilir: "Hörmətli cənab Prezident, TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayır, ən dərin hörmət və ehtiramımı bildirirəm".
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev də azərbaycanlı həmkarını təbrik edib: "Hörmətli cənab Prezident,
Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin siyasət və dövlət xadimi təcrübənizi, həmçinin Azərbaycan Respublikasının inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin bundan sonra da qarşılıqlı maraq doğuran bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyinə əminəm. Yüksək səviyyəli siyasi dialoqumuzun davam etməsi, ölkələrimizin və xalqlarımızın rifahı naminə iqtisadi əməkdaşlığımızın dərinləşməsi üçün Sizinlə birgə işləməyə hazıram.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə daha böyük uğurlar arzu edirəm. Cənab Prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

Monakonun Knyazı II Albertin təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn yeni ilin də ölkəniz üçün uğurlu olmasını diləyirəm. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçma da Prezident İlham Əliyevi təbrik edib: "Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, işgüzar fəallıq və uzun ömür arzularımı qəbul edin.

Fürsətdən istifadə edib Sizə - görkəmli siyasi xadimə və istedadlı rəhbərə ehtiramımı bildirirəm. Sizə xas olan şəksiz liderlik keyfiyyətləriniz, uzaqgörənliyiniz, öz ideyalarınızı günün reallıqları ilə uzlaşdırmaq, sağlam düşüncəni rəhbər tutmaq bacarığınız yüksək qiymətləndirilir.

Hörmətli İlham Heydər oğlu, Sizə bütün yeni layihələrinizdə uğurlar və nailiyyətlər arzulayır, həmfikirlərinizin, yaxınlarınızın və dostlarınızın həmişə Sizin yanınızda olmalarını diləyirəm".

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovun təbrik məktubunda qeyd edilir: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailənizə əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Biz, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kollektivi Sizin "Alma Mater"ə diqqətinizi səmimi qiymətləndirir və ümid edirik ki, bizim ali məktəbin 2014-cü ildə qeyd edəcəyi şənliyə - MDBMİ-nin 70 illiyi ilə əlaqədar təntənəli tədbirlərə qoşulacaqsınız. MDBMİ məzunlarının II Ümumdünya Forumu çox mühüm hadisə olacaqdır. Bu Forum əsası bizim Bakı görüşündə yaranmış ənənələri inkişaf etdirəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək ad gününüz və qarşıdan gələn Yeni il münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm".

AzNews.az