Şəki sakinləri təşviş içində- Foto+ VİDEO (Yenilənib)

26 Dekabr 2013 09:17 (UTC+04:00)
Şəkinin Vərəzət kəndində Həsənovlar ailəsində son bir həftə ərzində müəmamalı hadisə yaşanır. Ailə üzvləri təşviş içindədir.


Belə ki, mənzildə qəftələtən yanğın hadisələri baş verir. Ən maraqlısı isə yanğının səbəblərinin məlum olmamasıdır. Əvvəlcə yanğının elektrik naqillərindən və ya odun sobasından baş verə biləcəyini düşünən ailə üzvləri mənzilin bütün elektrik naqillərini əsas xəttdən ayırıb, odun sobalarını isə evdən çıxarıblar. Lakin, bundan sonra yanğının baş verməsi ev sahiblərini sözün əsl mənasında təşvişə salıb.

Qeyd edək ki, yanğın sadecə evdəki əşyalarda baş verir. Gün ərzində bir-iki dəfə təkrar olunan yanğın ailə üzvlərinin gözü qarşısında yaşanmır.

Ötən gün isə "KanalS"in əməkdaşları hadisə yerində olub və bu dəfə hadisə onların gözü qabağında baş verib.

Hadisənin təfərüatları ilə maraqlanmaq istəyən jurnalist hadisə yerinə Vərəzət kəndinə yollanıb. Məlum olub ki baş verən hadisələrdən sonra ev sahibi gəlinin cehizlərini yağış altında qalmasın deyə ata evinə aparıblar. Həsənovlar baş verənləri başlarına gələni danışdığı bir vaxda gəlinin ata evində çaxnaşma düşüb. Belə ki əşyalar həmin evdə də yanmağa başlayıb. Çəkiliş qurupu da ev sahibləri ilə birgə hadisə yerinə gedib. Hər şey onların gözü qarşısında baş verib.

Təşvişə düşən insanlar əşyaları evdən çölə atıblar.

Demək olar ki, hər kəs bu müəmmalı hadisənin şokunu yaşamaqdadır. Ailə Kənd sakinləri, din xadimləri hər kəs yanğının nədən baş verdiyini anlamağa çalışırlar.

Qeyd edək ki Həsənovlar ailəsində bu hadisə ilk dəfə noyabr ayında qeydə alınsa da dekabırın 18-dən etibarən intensivləşib. Hər gün müxtəlif saatlarda ev əşyaları yanğına məruz qalır.




***
25.12.2013
14:51

Şəkinin Vərəzət kəndinin sakinləri təşviş içindədir. Həsənovlar ailəsində baş verənlər hər kəsin təəccübünə səbəb olub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, bir aya yaxındır evdə bilinməyən səbəblərdən yanğın hadisəsi baş verir.

Elektrik xətti kəsilmiş, mavi yanacağın olmadığı evdə yanğının baş verməsi eşidənləri, görənləri şoka salır.

Dekabrın 18-dən hadisələrin intensivləşməsi ailəni narahat etməyə başlayıb. Xüsusən də elektrik xətlərinin kəsilməsindən, odun sobalarının mənzillərdən çıxarılmasından sonra hadisələrin davam etməsi yanğında müəyyən müəmmalı məqamların olmasını göstərir.

Qeyd edək ki, yanğın həyətdə olan hər iki evin mənzillərində və çardaq hissəsində baş verir. Əvvəlcə ata-baba evi hesab edilən, təqribən 65-70 il öncə tikilmiş evdə qeydə alınan yanğın, sonralar yeni tikilidə də meydana gəlməyə başlayıb.

Bütün əşyaları yanaraq məhv olan ailə mənzillərdə keşik çəkməyə məcbur olur. Yanğının baş vermə səbəbinin bəlli olmaması isə nəinki ailə, hətta bütün kənd sakinləri üçün böyük müəmmaya çevrilib.

AzNews.az