Saatlı rayonunun kəndinə təbii qaz verildi

25 Dekabr 2013 15:02 (UTC+04:00)
Bu gün Saatlı rayonunun Novruzlu kəndinə təbii qaz verilib.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 178 abonenti olan Novruzlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11,8 kilometrdən artıq müxtəlif diametrli polirtilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 178 ədəd sayğac quraşdırılıb.

AzNews.az